
“Maşın” şounun bugünkü buraxılışı yenə də qalmaqalsız ötüşməyib.
Gununsesi.info xəbər verir ki, bu dəfə rejissor Kənan Mahmudov (Kənan M.M) ilə aparıcı Azər Zahid söz savaşına çıxıb.
Kənan bildirib ki, Azər İnstaqram səhifəsində onu tülkü adlandırıb:
“Azər İnstaqram səhifəsində yazıb ki, mən səsverməyə çıxsam, xahiş edirəm mənə səs verin, oyunda tülkülük edən Kənanı çıxarım. Mən başa düşmədim, mən tülküyəmsə, mənə səs verənlər kimdir?”.
Cavabında Azər Zahid paylaşımın ona aid olmadığını bildirib:
“Bizdə telefon yoxdur. Mən paylaşmamışam. Amma adımdan uşaqlar paylaşıb. Kənan mənə dedi, mən də o sözü səhifəmdən çıxartdım. Sadəcə demişdim yazsınlar ki, mənə səs verilsə, mən şouda bacı-qardaşı çıxaracam”.
Gununsesi.info












