Aparıcı Rövşanə qadınlara səsləndi - "PLANLI DOĞUN"

  • By admin
  • 20 Aprel 2018 20:18

“Anlamıram, yanıb tökülürəm. Biri gəlib deyir, 5 uşağım var. Evi yox, ata evə gəlmir, içir. Bu, 5 uşağı nə edirsən?”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Sirdaş Rövşanə” verilişində deyib.

Aparıcı proqramına qonaq olan üç uşaqlı anaya əsəbiləşib və qadınlara səslənib:

“Doğanda planlı doğun. Həmişə deyirəm, uşaqları cəmiyyət üçün bədbəxt etməyin. Üç uşaq qalıb komada, ata bir yanda. Birini doğardın görərdin saxlaya, yedizdirə, məktəbə yollaya bilirsənmi? Qadınlar bir ucdan doğa-doğa gedirlər. Sonrada uşaqların taleyi qalır ortada. İmkanınız olmasa da, doqquzunu doğun tökün, nə yaxşı. Hə, millətim artır. Amma hansı formada? Bunlar cəmiyyətə yararlı olacaqlar?”

Gununsesi.info