Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətini təmin etmədi - 2500 CƏRİMƏ QÜVVƏSİNDƏ SAXLANILDI

  • Müəllif: admin
  • 14 Dekabr 2018 11:16

AXCP sədri Əli Kərimli Səbail Məhkəməsinin onun 2500 manat cərimələnməsi ilə bağlı qərarından apellyasiya şikayəti verib.

Gununsesi.org-un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Əli Kərimli və bir neçə cəbhəçi Baş şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəhidlər Xiyabanına gedərkən saxlanılmışdılar.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.

Saxlanılan digər şəxslər isə 513.2-ci maddə ilə təqsirli bilinib.

Əli Kərimli Səbail rayon Məhkəməsinin qərarı ilə 2500 manat məbləğində cərimə edilib.