“Apple” şirkətinin növbəti təqdimatı olacaq - TARİX AÇIQLANDI

  • By admin
  • 17 Mart 2018 08:50

Apple” korporasiyası proqramçılar üçün “WWDC” illik tədbirinin tarixini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, konfrans 2018-ci il 4-8 iyun tarixlərində San Xose şəhərindəki “McEnery Convention Center”də keçiriləcək. Ötən il “WWDC” konfransı, həmçinin bu şəhərdə keçirilib. Zal 6 mindən çox qonaq üçün nəzərdə tutulub. Martın 22-dək iştirakçılar qeydiyyatdan keçə bilərlər.

Təqdimatda əməliyyat sistemlərinin yeni versiyalarının nümayişi gözlənilir: “macOS”, “iOS”, “watchOS” və “tvOS”. Analitiklər, həmçinin hesab edirlər ki, sərgidə yeni cihazlar təqdim ediləcək.

Gununsesi.info