“Apple” yeni “iPhone”ların buraxılışını təxirə saldı

  • By admin
  • 31 İyul 2020 15:52

ABŞ-ın “Apple” korporasiyası yeni “iPhone” modellərini gözlənilən vaxtdan bir neçə həftə sonra buraxmağı planlaşdırır.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Şirkətin maliyyə direktoru Luka Maestri də növbəti “iPhone”ları həmişəkindən bir neçə həftə sonra buraxılacağını təsdiqləyib.

Xatırladaq ki, ötən il yeni modellər sentyabrın sonunda təqdim edilmişdi, odur ki, bu il təqdimatın oktyabr ayında olacağı gözlənilir.

 

 

 

Gununsesi.info