
Bakı İdman Sarayında aprel döyüşlərinə həsr edilmiş 21 yaşa qədər cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib.
Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.
“Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub.
Həlledici görüşündə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.

Anar
Gununsesi.info









