Aprel şəhidi Xaliq Əzizzadənin ildönümü qeyd olunub - FOTOLAR

  • By admin
  • 06 Aprel 2018 11:04

“Şəhid Ailələrinə Sosial İctimai Dəstək Birliyi” aprel şəhidi Əzizzadə Xaliq Həsən oğlunun ailəsinə baş çəkib, şəhidimizi yad ediblər.

5 aprel 2018-ci il tarixdə”Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi”nin sədri Almaz Zeynalova və birliyin mətbuat xidmətinin rəhbəri Rəna Allahverdiyeva başda olmaqla, kollevtiv aprel şəhidimiz Əzizzadə Xaliq Həsən oğlunun il mərasimində iştirak ediblər. Əvvəlcə onlar şəhidimizin məzarını ziyarət edib, Vətən uğurunda canından keçən şəhidlərimizin ruhuna dualar oxuyublar.
Birliyin sədri Almaz Zeynalova mərasimdə 2016-cı ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan, işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağından danışılıb.

Gununsesi.info xatırladır ki, 1996-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan Xaliq Əzizzadə 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Öz yaşıdları arasında hər zaman bacarığı və vətənpərvərliyi ilə seçilib. Xətai rayonundakı 116 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 6 aprel 2016-cı il tarixdə cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən 1996-cı il təvəllüdlü Əzizzadə Xaliq Həsən oğlu  şəhid olub. Ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə görə” III dərəcə medalı ilə təltif olunub.

ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!

Gununsesi.info