“Araik Arutyunyan axtarışda olan terrorçu kimi ya həbs ediləcək, ya da gəbərdiləcək…” - Azay Kərimov

  • By admin
  • 03 Yanvar 2022 15:34

“Donbasda da belə separatçı liderlər var. Artıq onlardan bir neçəsini Ukrayna xüsusi xidmət orqanları məhv edib…”

“Dəfələrlə demişəm ki, Ermənistanın qatil eks-prezidentləri Robert Köçəryan, Serjik Sərkisyan, eləcə də hazırda Qarabağda qondarma və qanunsuz “təhlükəsizlik şurasının katibi” olan Vitali Balasanyan 1988-ci ildən bəri xarici güclərin və xüsusən Kremlin fətvasıyla erməni toplumunu Azərbaycanın üzərinə qaldıraraq münaqişəni və müharibəni qızışdıran əsas fiqurlar olub. Onları “Ermənistanın qəhrəmanı” hesab edən xəstə təxəyyüllü ertmənilər bilməlidir ki, bu faşist, terrorçu xislətli məxluqlar ilk növbədə ermənilərin özünün rahat və xoşbəxt həyatını pozaraq bu toplumun başına olmazın fəlakətlər gətirib. Belələri aradan götürülərsə, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail olmaq olar. Təəssüf ki,  bu gün də onlar  İrəvanda və Xankəndidə öz bədnam, məkrli  işlərini görməkdədirlər.  Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsində də eyni funksiyasını, çox güman ki, yenə də Moskvanın dediyi ilə oturub-duran Araik Arutyunyan davam etdirir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, istefada olan kəşfiyyatçı polkovnik Azay Kərimov ifadə edib.
“44 günlük savaş zamanı Gəncəyə raket atılmasına birbaşa göstəriş verdiyini etiraf etməsindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində 8 maddə ilə cinayət işi qaldırılaraq İnterpolla axtarışa verilmiş  bu cani artıq 1 il 3 aydır ki, Azərbaycan torpaqlarında sərbəst gəzir. Araik həftə səkkiz mən doqquz Xankəndi-Şuşa-Laçın-Gorus yolu ilə sərbəst şəkildə İrəvana, eləcə də xarici ölkələrə, həmçinin bizim üçün daha əlçatan olan Rusiyaya gedib-gəlir.  Dekabrın sonunda bu məxluqun guya Ermənistanın baş naziri Paşinyana qarşı verdiyi “Artsax öz taleyini özü həll etməlidir” tezisli bəyanatı, eləcə də Yeni il ərəfəsində Kəlbəcər ərazisindəki erməni postlarını gəzərək Xudavəng məbədinə  boylanması artıq əsəblərimizi tarıma çəkir”- açıqlamasının davamında bunu söyləyən polkovnik tezliklə bu cinayətkar, separatçı-terrorçu erməni haqqında Azərbaycanın güc və təhlükəsizlik qurumları tərəfindən ciddi tədbir görüləcəyinə ümid etdiyini bildirib.
“İnanıram ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və digər təhlükəsizlik və güc qurumlarımız  Araikin barəsində cinayət işi açılaraq axtarışa verilmiş bir terrorçu kimi həbs edilməsi, yaxud zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bu cani ilk fürsətdə ya həbs ediləcək, yaxud özü və mühafizəçiləri tərəfindən silahlı müqavimət göstərildiyi halda zərərsizləşdirilib gəbərdiləcək. Donbasda da belə separatçı liderlər var. Artıq onlardan bir neçəsini Ukrayna xüsusi xidmət orqanları məhv edib. Bununla belə, hesab edirəm ki, elə şərait yaratmaq lazımdır ki, Qarabağdakı Rusiya hərbçiləri özləri Araiki Azərbaycana təhvil versin”- deyə Qarabağ qazisi vurğulayıb.
Gununsesi.info