Aralıq dənizi sahillərinin nağıl kimi kəndi - FOTOLAR

  • Müəllif: admin
  • 30 İyun 2017 11:02

kend

Cənubi Fransanın gözəlliyi bütün dünyanın dilinə dastandır. Cote d Azure sahilləri isə yay aylarında turistlərin ən sevimli yerlərindən birinə çevrilir. Firuzəyi sahil boyunca uzanan gözəl şəhərlər, gözəl lavanda tarlaları, lüks evlər görənləri heyran qoyur. Bütün bunların içərisində gizlənmiş Eze kəndi isə daş evləri və ecazkar mənzərəsi ilə yaddaşları bəzəyir.

Gununsesi.info Fransanın cənnəti Eze kəndi haqqında məlumatı təqdim edir.

Eze kəndi fransız rivierasının (subtropik iqlimə və bitki örtüyünə malik sahil ərazi) ən məşhur şəhərlərindən olan Nice-ə cəmi yarım saatlıq məsafədə olan Alp dağlarında yerləşir. Dəniz səviyyəsindən 427 metr yüksəklikdə olan dağ zirvəsində salınmış kəndin yolları zümrüd yaşılı meşələrin içərisindən keçir və buradakı daş evlər görrənləri heyran qoyur.

Tarixi qədim dövrə – IX əsrə gedib çıxan kəndin dar küçələri də əsl gözəllik nümunəsidir.

Ətrafdakı lavanda tarlalarının ətri hər kəsi valeh edən bu nağıl kimi kənddə bir zamanlar Nitşe kimi böyük mütəfəkkir yaşayıb. O, “Zərdüşt belə deyirdi” əsərini məhz Ezedə tamamlamışdır.

kend

 

kend1

 

kend2

 

kend3

Gununsesi.info