
NASA ilə əməkdaşlıq edən “Ocean Submarine” adlı Hollandiya şirkətinin hazırlayacağı sualtı gəmi modeli olan “Neyk” öz dəbdəbəli dizaynı ilə diqqət çəkir.
Şirkətin “köpəkbalığı qədər çevik” adlandırdığı 18,3 metr uzunluğu olan sualtı gəmi 500 metr dərinliyə enə bilmə qabiliyyətinə malikdir. Lüks gəmidə kitabxana, bar, mətbəx və istirahət otağı mövcud olacaq.
2018-ci ildə satışa çıxarılması nəzərdə tutulan sualtı gəminin satış qiyməti hələ ki rəsmi müəyyəşdirilməyib.




Gununsesi.info












