Aralıq dənizində qayıq batdı – 34 ölü, 42 itkin

  • By admin
  • 07 Noyabr 2017 21:26


Aralıq dənizində miqrantları daşıyan rezin qayıq batıb.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı qayıqda 140 nəfər olub.

Onlardan 34-nün cəsədi tapılıb, 64 nəfər isə xilas edilib. Xilas edilənlər İtaliyanın Salerno şəhərinə aparılıb. Hazırda 42 nəfər itkindir.

Məlumata görə, ölənlərdən 26-sı nigeriyalı qadınlardır.

 

Gununsesi.info