
Suriyanın paytaxtı Dəməşqdə terrorçuların hücumu nəticəsində 1 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.
Gununsesi.info xəbər verir ki, terrorçular paytaxta yaxın (Şərqi Quta) yerləşən 29 May küçəsi, Şaqur məhəlləsi və Əl-Abbasin rayonuna bir neçə mərmi atıblar.
Hələlik heç bir terror təşkillatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Gununsesi.info










