Xalik Məmmədovdan Prezidentə təşəkkür - 42 İLLİK ƏMƏYİMƏ QİYMƏT VERDİ

  • By admin
  • 07 Noyabr 2017 21:49

Xəbər verildiyi kimi Prezident İlham Əliyev bir qrup neft işçisini  fəxri adlarla təltif edib. Bu şəxslər arasında ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov da var.

Gununsesi.az bildirir ki, Xalik Məmmədov özünün sosial şəbəkədəki səhifəsində Prezidentə təşəkkürünü ifadə edib:

Cənab Prezidentin sərəncamı ilə mənim ll ci dərəcəli Əmək ordeni ilə təltif olunmağım kollektivimizin fəaliyyətinə və 42 illik əməyimə verilmiş çox yüksək qiymətdir. Möhtərəm Prezidentimizə, mənim təqdimatımı vermiş SOCAR prezidenti Rövnəq müəllimə və iş yoldaşlarıma-neftçilərimizə minnətdarlığımı bildirirəm!