Araqçı Şəhidlər xiyabanında — FOTOLAR

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 11:57
Ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçının rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Gununsesi.info  xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.