İlham Əliyev Tofiq Bakıxanovla bağlı sərəncam imzaladı

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 11:54

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Gununsesi.info  xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

“Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, SSR xalq artisti, professor Tofiq Bakıxanovun bu gün 95 yaşı tamam olur.

Gununsesi.info