Araz Əlizadə Azərbaycanda qəlyanın tamamilə qadağan olunmasını TƏKLİF EDİR

  • By admin
  • 19 Sentyabr 2017 15:52

qelyan_esas_24

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır.

“Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanuna uyğun davranmalıdır. Nə qədər ki, qəlyan qadağan olunmayıb, siqaretin çəkilməsinin qanunla məhdudlaşdırılmasının heç bir effekti olmayacaq. Çünki qəlyandan gənclər arasında istifadə kütləvi hal alıb və bu də bizim gənc nəslin məhvi deməkdir. Qəlyan narkotikadan heç nəyi ilə fərqlənmir. Ona görə də təkid edirəm ki, qəlyan tamamilə qadağan olunmalıdır”- deyə, o vurğulayıb.

Komitə sədri Hadı Rəcbli isə deyib ki, siqaret kimi qəlyandan da istifadə məhdudlaşıdırılıb. A.Əlizadə komitə sədrinin dedikləri ilə razılşamayaraq bildirib ki, qəlyan ümumiyyətlə qadağan olunmalıdır: “Biz gələcək nəslimizin taleyi üstün tutmalıyıq yoxsa, biznesmenlərin mənafeyini?..”

Mürtəza

Gununsesi.info