“Araz” bu gün ilk oyununa çıxacaq

  • By admin
  • 11 Oktyabr 2016 12:29

fut
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 2-ci qrupun ilk oyununda rəqib Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası olacaq.Qarşılaşma Makedoniyanın paytaxtı Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək.
Matçın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

Anar
Gununsesi.info