Araz Musayev federasiya prezidenti seçildi

  • By admin
  • 14 Mart 2022 22:57

Bu gün Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının konfransı keçirilib.

Gununsesi.info xəbər verir ki, konfransda 21 nümayəndə, Gənclər və İdman Nazirliyini təmsil edən Oruc Məmmədli iştirak edib. Konfransda son üç ildə federasiyanın fəaliyyəti, gələcək yarışlar barədə müzakirələr aparılıb. Sonra təşkilati məsələyə baxılıb. Federasiyanın prezidenti Azər Həsənsoy çıxış edərək istefa verdiyini bildirib. Təklif olunub ki, federasiyanın vitse-prezidenti Araz Musayev federasiyanın prezidenti, Dünya çempionu Vüqar Qasımov vitse-prezident seçilsin. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

Araz Musayev çıxış edərək göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını çatdırıb və Gənclər və idman naziri cənab Fərid Qayıbovun idmançılara diqqət və qayğısına cavab olaraq idmanın Muay- Tay və Tayboksinq növlərində uğurlar əldə ediləcəyinə çalışacaqlarını bildirib.

Gununsesi.info