“Barselona”nın futbolçusu Arda Turan üçün İspaniya La Liqasının 18-ci turunda “Las-Palmas”la oyun əlamətdar olub.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, matçın 59-cu dəqiqəsində fərqlənən türk yarımmüdafiəçi bu mövsüm vurduğu qolların sayını 12-yə yüksəldib.
Bu isə onun ən çox qol vurduğu mövsüm olub.
Qeyd edək ki, “Barselona” – “Las Palmas” görüşü Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Gununsesi.info