
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərov vəsatətlə çıxış edib.
O, məhkəmənin təxirə salınmasını istəyib. Əkbərov bildirib ki, Arif Alışanovun da məhkəmədə iştirakı təmin edilməlidir. O, həmçinin Arif Alışanovun qızı Nigar Alışanovanın və sürücüsü Hacı Babayevin və bacısı oğlu Dəyanət Cəfərovun məhkəmədə dindirilməsini istəyib.
Hazırda proses davam edir.(istiqlal.az)
Gununsesi.info












