Arpa ixracına başladıq

  • By admin
  • 27 İyul 2016 17:56

arpa

 

Bu ilin birinci rübündə İran və İraqa 9 min 137,5 ton arpa ixrac olunub. İyul ayında isə bu ölkələr Azərbaycandan 4 min 327,3 ton arpa alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev məlumat verib.

Onun sözlərinə görə, indiyədək xarici ölkələrə ixrac edilən 13 min 464,8 ton arpa məhsulunun 3 min 115, 6 tonu yemlik, 10 min 349,2 tonu isə ərzaqlıq olub.

Xidmət rəisi bildirib ki, bu il ilk dəfə olaraq Azərbaycandan arpa məhsullarının ixracının həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti zəruri fitosanitar sertifikat təqdim edib: “Bu, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının genişləndirilməsi istiqamətində ən müsbət hal kimi dəyərləndirilir”.

Camal Quliyev respublikada yetişdirilən taxıl və yem məhsullarının ixracı üçün yeni bazarların axtarışları istiqamətində bu ilin birinci rübündə İran və İraqın bir sıra məhsullarla yanaşı, həm də qeyd edilən məhsullar üçün əlverişli bazar kimi nəzərdən keçirildiyini diqqətə çatdırıb. “Hazırda yeni sifarişlər var və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır” – deyə, xidmət rəisi vurğulayıb.

 

Gununsesi.info