“Arsenal” heyətində geniş miqyaslı təmizlik edəcək

  • By admin
  • 04 May 2020 15:41

“Arsenal” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Gununsesi.org xəbər verir ki, London klubu 6 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. “Topçular”la vidalaşacaq oyunçuların adları açıqlanmasa da, onların bəzilərinin kimliyi təxmin edilib. Müdafiəçi Sokratis Papastatopulos, Şkodran Mustafi, yarımmüdafiəçi Henrik Mxitaryan və hücumçu Pyer-Emerik Obameyanqın komandadan gedişi gözlənilir.

Onların satışından əldə ediləcək gəlir isə yeni transferlərə xərclənəcək.

 

Gununsesi.org