Artıq qalan çayınızı atmayın – BELƏ İSTİFADƏ EDİN

  • Müəllif: admin
  • 01 Fevral 2018 20:28

Mədəniyyətimizin ayrılmaz hissəsi olan çay yeməkdən sonra süfrəyə verilən, ən hörmətli qonağın qabağına qoyulan içkidir.

Dəm çaydanının dibində qalan çayı həmişə atırıq. Lakin indi təqdim edəcəyimiz yazıdan sonra, yəqin ki, onu atmadan daha faydalı şəkildə istifadə edəcəksiniz.

Gözləriniz yorğun olduqda dəmlənmiş çay paketini onun üstünə qoyun. Qısa zaman ərzində bütün problemin aradan qalxdığını görəcəksiniz.

Saçlarınızı şampunla yuduqdan sonra dəm çaydanının dibində qalan çayla onu durulayın. Nəticədə saçlarınız daha canlı və parlaq olacaq.

Əgər əliniz kəsilibsə, infeksiya keçməsindən heç narahat olmayın. Pambığı çaya batırıb həmin hissəni yaxşıca silin.

Əgər yemək bişirdikdən sonra əllərinizdən qoxu gəlirsə, çayla əlinizi yuyaraq bütün problemi aradan qaldırmış olarsınız.

Boğazınız quruyubsa və ağrıyırsa, yeni dəmlənmiş çay içmək olduqca faydalıdır.

Gununsesi.info