Arvadından boşanan Bill Qeyts 3 milyard itirdi

  • By admin
  • 15 May 2021 20:24

“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.

Gununsesi.info  “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Melindaya məxsus “Deere & Co” şirkətinə Bill Qeytsə aid “Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.

Xatırladaq ki, “Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.

Gununsesi.info