Arvadını qətlə yetirən şəxs tutulub

  • By admin
  • 29 İyul 2017 13:10

qetl

Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş Arzu Namazov münaqişə zəminində arvadı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

Belə ki, A.Namazov Ağsatafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info