“ASAN Xidmət” Nigarla Seymurun nikahına mane olur

  • By admin
  • 01 Avqust 2016 13:32

 

seymur

 

“ASAN-Xidmət Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Meydan TV-yə N.Yaqublunun özü məlumat verib. Bildirilib ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya  deyiblər ki, onlar 10 dəqiqə gecikdiklərindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.

Nigar Yaqublu Meydan TV -yə bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.

ASAN-Xidmət-in əməkdaşı Aygün Hüseynova ilə əlaqə saxlamaq mümkün olmadı. Xanım zənglərə cavab vermədi.

Gununsesi.info