ASC-dən Bakı-Sumqayıt yolunun bağlanmasıyla bağlı açıqlama - ÖZƏL

  • By admin
  • 25 May 2016 18:23

 

Baki-Sumqayit tedbiri

Bakı-Sumqayıt magistral yolunun Ceyranbatan qəsəbəsindən Xırdalan şəhəri Qafqaz Universiteti dairəsindək olan hissəsi bağlanacaq. Gununsesi.info xəbər verir ki, buna səbəb isə beton yolda aparılacaq təmir işləri olacaq. Yol bitərfli qaydada işləyəcək. Yolun Sumqayıtdan Bakıya hərəkət hissəisndə təmir işləri aparılacaq və beton örtük sökülərək yenilənəcək. Artıq bu məqsədlə yolun beton qatını sökəcəkək texnika Ceyranbatan qəsəbəsinə gətirilib və hazırlıq işləri aparılır. Bununla yanaşı yolda təmir işlərinin aparılması üçün digər zəruri tədbirlər də aparılır. Təqribən 10 km-lik məsafədə aparılacaq təmir işlərinin 3-4 ay çəkəcəyi bildirlir.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Gununsəsi.info-ya açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda təmir işləri bir hissədə baş tutacaq: “Ceyranbatan qəsəbəsindən Saray postuna qədər tam olaraq yol bağlanmayacaq, qismən məhdudlaşdırma olacaq. Düşünürəm ki, yolun asfaltlanması 10-15 gün çəkəcək”.

Qeyd edək ki, Bakı Sumqayıt yolu 2010-cu ildə tam istifadəyə verilib və həmin şossenin 30 il müddətinə istismara verildiyi bəyan edilmişdi. Nəinki 30, cəmi 2 il sonra yol bərbad hala düşdü.

 

Mürtəza Bünyadlı