“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Milli Qəhrəman Şahlar Şükürovu yad etdi - FOTOLAR

  • Müəllif: admin
  • 19 May 2017 10:15

18527820_993879357415810_2646041026430146702_n

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin Milli qəhramanların həyat yolunun öyrənilməsi və təbliği ilə bağlı layihəsi əsasında hazırlanmış “Qəhramanlar unudulmur!” Milli Qəhraman Şahlar Şükürovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında seçilən və Azərbaycan ziyalıları tərəfindən hər zaman dəstəklənən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ən vacib missiyalarından biri də Kəlbəcərin qəhrəman oğul və qızlarının qəhrəmanlıq yoluna işıq tutmaq, gənc nəslə onları daha yaxşı tanıtdırmaqdan ibarətdir. Bu mənada ictimai birlik Kəlbəcər rayounun ilk şəhid Milli Qəhrəmanı Şahlar Şükürovun 65 iliyinə həsr olunmuş xatirə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından söz açaraq bildirib ki, Azərbaycanın ilk Milli Qəhrəmanı 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açan Şahlar Əvəz oğlu Şükürovdur. O, hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atırdı. Şahlar istedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Sonra Rostov Milis Akademiyasında təhsil aldı, 1986-cı ildə akademiyanı yüksək göstəricilərlə başa vurdu. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başladı. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zədab rayon milis şöbəsinə rəis müavini təyin edildi. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qardaşının qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli QƏhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq dedi ki, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Dölətimizin hər zaman xalqını və millətini, torpağını sevən, onun uğrunda canını, qanını fəda edən oğul və qızlarımızın həyat yolunu, onların amallarını öyrənməkdə, xatirələrini ədəbiləşdirməkdə böyük işlər görmüşdür. Ulu Öndər Heydər Əliyev də, hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışıb.

Tədbirdə çıxış edən filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jürnalist Adil Cəmil Şahlar şükürovun qəhramanlıq salnaməsindən, keçdiyi döyüç yolundan danışıd. Qeyd etdi ki, gənclər vətənpərvər olmalı vətənimizin azadlığı uğurunda şəhid olmuş vətən övladlarının xatirələrini daim üçü tutmalıdılar. Əsas orta məktəblərdə vətənpərvərliyin təbliğ edilməsinə önəm verilməlidir.
Digər ziyalılar Zakir Fəxri və tədqiqatçı jürnalist Məhəmməd Nərimanoğlu da Milli Qəhrəmanın həyat yoluna nəzər salmış, onu gənc nəslə nümunə kimi təqdim etmişlər.

Tədbirin sonunda Kəlbəcər məktəblilərinin hazırladığı “Qəhrəmanlar unudulmur” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

18557079_993879970749082_5425323838941038032_n

18556085_993878887415857_4111342564112725725_n

18555919_993879820749097_5384876817921391472_n

18527663_993879594082453_2284708805226860457_n

18519803_993882290748850_3853612570866196122_n

18486195_993879700749109_4216212603691191970_n

18486092_993880150749064_2714705854757538901_n

18485866_993878464082566_6103166210232575099_n

18485845_993879367415809_6842089967941444900_n

18557392_993873870749692_1147775615718037989_n

18582259_993878937415852_1681470216626332604_n

18582003_993880144082398_2247436114668303151_n

18557448_993876900749389_1212078256167760531_n

18527892_993882244082188_1630262206608802847_n

18527724_993876844082728_3073645638371649207_n

18527663_993879594082453_2284708805226860457_n

18485660_993879837415762_2419633144853490228_n

Gununsesi.info