Aşıq Şəmşirin balabançısı vəfat etdi

  • By admin
  • 17 Aprel 2017 10:24

a7de760d-1c22-4298-8d21-331f7b75c419_292

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

Gununsesi.info-nun xəbərnə görə, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Mərhum doğulduğu Goranboy rayonunun Balakürd kəndində dəfn edilib.

Qədim musiqi alətinin mahir ifaçısı, Əməkdar mədəniyyət işçisi E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü oub. Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.

Gülnaz Qənbərli

Gununsesi.info