Aşıq Tellinin qardaşı ağır xəstədi - VİDEO

  • By admin
  • 08 İyul 2016 16:36

telli

 

 

Azərbaycanın tanınmış aşıqlarından olan Tərmeyxan Qurbanov ağır şəraitdə yaşayırmış.
Gununsesi.inf xəbər verir ki, bu barədə ölkə.az-a aşığın həmkarları məlumat veriblər. Bildirilib ki, sənətkar uzun illərdir “Xalqlar dostluğu” metrosunun yaxınlığında ikiotaqlı darısqal mənzildə ailəsiylə birgə yaşayır. Qeyd olunur ki, T.Qurbanov ürək xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, müasir aşıq sənətinin ən usta sənətkarlarından hesab olunan Tərmeyxan Qurbanov aşıq Telli Borçalının doğma qardaşıdır. Əldə etdiyimiz məlumata görə, bacı-qardaş xeyli müddətdir küsülüdürlər.
Qeyd edək ki, T.Borçalı bir neçə gün öncə haqqında yazılanlarla bağlı belə bir açıqlama vermişdi:
“Qadınam, kiminsə övladıyam, kiminsə bacısıyam, adıma – sanıma ləkə salmağa çalışanların qabağından qaçan deyiləm. Mən susduqca xalq da elə biləcək ki, yazılanlar doğrudur deyə Telli səsin çıxarmadı”.


Gununsesi.info