Aslanlar 7 il sonra onları bəsləyən qadını tanıyıb qucaqlayıblar - VİDEO

  • By admin
  • 26 Avqust 2017 11:55

575784

İsveçrədəki heyvanxanada çəkilən görüntülər marağa səbəb olub.

Gununsesi.info milli.az istinadən xəbər verir ki, görüntülərdə iki iri aslanın qadını qucaqlaması, onun üzünü yalaması əks olunub.

Qadın isə onlarla vəhşi heyvan kimi yox, sevimli ev heyvanı kimi davranıb.

Deyilənə görə, qadın həmin aslanlara balaca olanda qulluq edib, sonra isə heyvanxanaya verib. Qadın 7 il ərzində aslanları görməyib. 7 il sonra heyvanxaya gələn qadını aslanlar tanıyıb və qucaqlayıblar.

Gununsesi.info