
İyunun12-13-ü Astanada keçirilməsi planlaşdırılan Suriya Zirvəsi təxirə salınıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İran nümayəndə heyətinin Suriya böhranına dair keçiriləcək görüşün təxirə salındığı bəyan edib.
Belə ki, hazırda Suriya böhranına dair keçiriləcək görüşün nə zaman keçiriləcəyi məlum deyil.
Xatırladaq ki, mayın 3-4-də Astanada Suriyadakı vəziyyətin nizamlanması üzrə yüksək səviyyəli 4-cü Beynəlxalq görüş keçirilib.
Danışıqlarda Suriya hökumətinin və Suriya Silahlı Müxalifətinin, hərbi əməliyyatların dayandırılması rejiminə zamin ölkələrin (İran, Rusiya və Türkiyə) nümayədələrinin, eləcə də İordaniya, ABŞ və BMT-nin heyətləri iştirak ediblər.
Anar
Gununsesi.info












