“Mənim dərmanım ərimdir” - XƏRÇƏNG XƏSTƏLİYİNƏ TUTULMUŞ TANINMIŞ ULDUZ

  • By admin
  • 08 İyun 2017 11:27

552315

Ağciyər xərçəngi diaqnozu qoyulan və ABŞ-ın Nyu-York şəhərində əməliyyat olunan “Yeşilçam” ulduzu Hülya Koçiyit çətin günlərini geridə qoyur. 

Gununsesi.info axşam.az-a istinadən bildirir ki, aktrisa 49 illik həyat yoldaşı Selim Soydanın dəstəyi ilə ayağa qalxdığını deyib:

“Səlim bu çətin günlərdə həmişə gözlərimin içinə baxdı, əllərimi tutdu. Onun nəfəsini belə hiss etmək mənə yaxşı gəldi. İnanıram ki, sevgi də dərmanlar qədər önəmlidir”.

S.Soydan isə cavabında bunları deyib:

“Hülyanın əlini tutub onun istiliyini hiss etdiyim an dünya mənim olur. Hülya mənim bir dənəmdir. Baş-başa bu xəstəliyin öhdəsindən gələcəyik”.

Gununsesi.info