Astara sakininin həyətində top mərmisi partladıldı - FOTOLAR

  • By admin
  • 12 İyun 2016 01:11

blast _explosion

Astara rayonunun Ərçivan kənd sakini Nahid Qulamov həyətyanı torpaq sahəsində kanaltəmizləmə işləri görərkən döyüş sursatı aşkarlayıb.

APA-nın cənub bürosunun xəbərinə görə, N. Qulamov tapıntı barədə dərhal Astara Rayon İcra Hakimiyyətini və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzini məlumatlandırıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA)  xüsusi əməliyyat qrupu dərhal Astara rayonuna ezam olunub. Qrup tərəfindən N. Qulamovun həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan 1 ədəd partlamamış hərbi sursat -122-mm-lik top mərmisi aşkar edilib. Mərminin üzərində isə döyüş başlığının olduğu müəyyənləşdirilib.

ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyev aşkarlanan hərbi sursatın tam işlək vəziyyətdə və təhlükəli olduğunu, vaxtında müvafiq qurumlara xəbər verilmədiyi təqdirdə hər hansı bədbəxt hadisənin baş verəcəyinin istisna edilmədiyini bildirib.

Qeyd edək ki, top mərmisinin həyətyanı əkin sahəsinə nə vaxt və hansı şəraitdə gətirilib basdırıldığı məlum deyil. Yerli sakinlərin sözlərinə görə, həmin ərazidə SSRİ dövründə yerli sovxoza məsus kənd təsərrüfatı texnikası saxlanılıb.

Aşkarlanan hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən xüsusi qaydada partladılaraq zərərsizləşdirilib.

 

partlayici

 

partlayici 2

 

part