Aftandil İsrafilovun bağ evi fantastik qiymətə satışa çıxarıldı

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 09:48

Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanı qəsəbəsində yerləşən bağ evi satışa çıxarılıb.

Gununsesi.info Globalinfo.az-a istinadla xəbər verir ki, 20 sot torpaq sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadratmetrdir.

10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğu və hansı səbəbdən satıldığı bilinmir. Xatırladaq ki, Aftandil İsrafilov 2023-cü ilin aprel ayında 82 yaşında vəfat edib.

Gununsesi.info