ATƏT-in 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

  • By admin
  • 18 İyun 2018 12:19
  

 

 

 

 

 

 

 

 

 

 

 

 

ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Gununsesi.info qrupun saytına istinadən xəbər verir ki, səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə məlumat verəcəklər.

Səfər səfirlərin ATƏT-in öhdəliklərinə və prinsiplərinə uyğun olaraq sabitliyi, sülhü və rifahı dəstəklədiyini təsdiqləməyi nəzərdə tutur.