28 ölkədə bu xəstəlik yayıldı - XƏBƏRDARLIQ

  • By admin
  • 18 İyun 2018 12:23

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dünyanın 28 ölkəsində qızılca yayılıb.

Rusiya bununla bağlı ölkə vətəndaşlarını xəbərdarlıq edib.

Bildirilib ki, Avropa ərazisindəki 28 ölkədə qızılca yayıldığından bu ölkələrə səfərdə ehtiyatlı olmaq lazımdır.

Eyni zamanda qeyd edilib ki, 2017-ci ildə 2016-cı illə müqayisədə Ukrayna ərazisində qızılcayla yoluxma halları 70 faiz artıb.

Cebhe.info xatırladır ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu – Palynosa morbillarum strukturuna və biloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir.

Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 – 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır

Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 – 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir.

Əgər ana qızılca keçiribsə, 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşaqğın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə, körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.

 

Gununsesi.info