Vətəndaş Kapital Bankın ona zəng edərək başqa kredit təşkilatına olan borcunu ödəməsini tələb etməsindən narazılıq edir.
O, bankın bu məsələ ilə bağlı iş yerinə məlumat verməsini qanunsuz və yolverilməz hesab edir.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:
“Azpulmata 600 manat borcum var. Eləcə də Kapital banka kredit borcum var. Bu gün mənə Kapital Bankın baş ofisindən zəng olundu və məndən Azpulmata olan kreditimin ödənilməsi tələb edildi. Mən bank əməkdaşına deyirəm ki, ay yoldaş, Azpulmat boktdur və mənim həmin bokta olan borcumu ödəyib ödəməməyim Kapital banka nə dəxli var? Kim ixtiyar verib ki, mənə zəng edib başqa bokta olan borcumun ödənilməsini tələb edirsiz. Hələ bu azmış kimi, iş yerimə də məlumat veriblər. Təsəvvür edirsiz? Bankın baş ofisi iş yerim olan təhsil sektoruna zəng edib məlumat veriblər və tələb edirlər ki, işçiniz bokta olan borcunu ödəsin. Belə özbaşınalıq ancaq Birbank da ola bilər. Amma bu dərəcədə olmasını gözləmirdim. İndi mən nə edim? Necə edim? Bəyəm bu düzgündür? Kapital bank mənim bokta olan borcumu ödəməyimi tələb edə bilər?”
Şəbnəm












