“Bank of Baku” müştərisinin problemini bir aydır həll etmir – ŞİKAYƏT

Vətəndaş “Bank of Baku”nun tətbiqində yaranan problem səbəbindən ƏDV məbləğini kartına köçürə bilməməsindən narazıdır. O, problemin həlli üçün banka dəfələrlə müraciət etdiyini, lakin bir aydır nəticə olmadığını bildirir.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, ötən ay banka ƏDV-də olan məbləği kartına köçürə bilmədiyini bildirib. Vətəndaş qeyd edib ki, məbləğ çox olduğu üçün köçürmə zamanı ona SMS kodu daxil etmək tələb olunur.

Lakin SMS kodu gəlməsinə baxmayaraq, tətbiqdə kodun daxil edilməsi üçün xana açılmır.

Vətəndaş bildirib ki, ayın sonunda birdəfəlik xaricə gedəcək və orada rouminq xidmətindən istifadə etmək istəmir. Buna görə də problemin səfərdən əvvəl həll olunmasını banka dəfələrlə çatdırıb.

“Ümid edirəm, bu məsələ nəhayət həll olunacaq. Hər dəfə şikayətinizə baxılır deyilir, amma təcili olduğu nəzərə alınmır. Cüzi bir problemi həll etmək artıq bir ayımı alır. “Bank of Baku”, siz sadiq müştərilərinizi belə mükafatlandırırsınız?” – deyə vətəndaş bildirib.

 

 

Afət

Gununsesi.info