ATƏT-in Baş katibi Gürcüstana gəlir

  • By admin
  • 14 İyun 2021 09:27

ATƏT-in Baş katibi Helqa Şmidt Gürcüstana rəsmi səfərə gəlir.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“14-16 iyun tarixlərində ATƏT-in baş katibi Helqa Şmidt gürcüstana rəsmi səfərə gələcək. Baş katib səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri Kaxaber Kuçava ilə görüşəcək”, – məlumatda qeyd olunub.