ATƏT-in yeni rəhbəri koronavirusa yoluxub

  • By admin
  • 20 Yanvar 2022 12:53

ATƏT-ə rəhbərlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau koronavirusa yoluxub. Bu səbəbdən o, İspaniya və Maltaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukas Yasina özünün “Twitter” hesabından məlumat paylaşıb.

Bildirilir ki, polşalı diplomat bir müddət təcrid vəziyyətində olacaq, öz vəzifələrini isə belə bir vəziyyət üçün nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq yerinə yetirəcək.

“O, özünü yaxşı hiss edir və mövcud qaydalara uyğun olaraq təcrid olunur”, – deyə məlumata əlavə edilib.

Qurumdan bildirilib ki, nazir daha əvvəl koronavirusa qarşı üç dəfə peyvənd olunub.

Gununsesi.info