ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasının vaxtı bəlli olub

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 13:28

osec

ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası bu il dekabr ayının 8-9-u Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Gununsesi.info-nun xəbərin görə,  iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer rəhbərlik edəcək.

Qeyd edək ki,  2017-ci il yanvarın 1-dən təşkilatda sədrlik Almaniyadan Avstriyaya keçəcək.

Xatırladaq ki,  mütəmadi olaraq, ATƏT XİNŞ  hər ilin sonunda ənənəvi  iclas keçirir. İclasın gedişində təşkilat məkanında ən aktual məsələlər nəzərdən keçirilir.

 Gülnaz Qənbərli

Gununsesi.info