Ata qızını narkotik satmağa vadar etdi

  • By admin
  • 06 İyul 2016 18:37

 

M2U07486.MPG_snapshot_01.11_[2016.07.06_11.53.53] (1)

 

Abşeronda narkotik istifadəçiləri saxlanıldı.
Abşeron rayon polis idarəsinə rayon ərazisində bir qrup şəxsin narkotik vasitələrin satışı ilə məşgul olması barədə məlumat daxil olub.Gununsesi.info-nun məlumatına görə, Dərhal rayonun narkotiklərlə mübarizə bölməsinin cinayət axtarış şöbəsinin əməliyyatçılarının keçirdiyi operativ əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində sözü gedən 4 şəxs Azər Rzayev onun qızı Ülviyyə Rzayeva onların tanışı Röyal Əliyev və Elman Həsənov saxlanılıblar. İdarəyə gətirilən şəxslərin üzərinə baxış zamanı hər birindən ayrı -ayrılıqda şəxsi istehalak miqdarında nəzərdə tutulan narkotik vasitə aşkarlanıb. Saxlanılan 48 yaşlı Azər Rzayevin bundan öncə də narkotik vasitələrindən istitafədəyə görə məhkumluq həyatı yaşadığı ortaya çıxıb. Özünün dediyinə görə 3 il məhkumluq həyatı yaşadıqdan sonra bir müddət bu bəladan uzaq olub. Ancaq o, bu xoşagəlməz vərdişini təkrarlayıb. Üzərindən çıxan 1 ədəd siqaretin gümüşü kagızına bükülmüş çəkisi 0.225 qram narkotik vasitə olan heroini tanımadığı şəxsdən aldığını deyən Azərin, polis əməkdaşları bundan daha böyük qəbahətini üzə çıxarıblar. Belə ki onunla yanaşı saxlanılan qızı 25 yaşlı Ülviyənidə bu pis əməllərə özü vadar edib. Hətta ehtimal olunur ki ata qızından narkotik vasitəni başqa şəxslərə çatdırılmasında istifadə edib. Polis əməkdaşlarlı gən qız saxlayarkən üzərindən çəkisi 0.228 qram heroin aşkarlayıblar. Bu ailə ilə daha yaxından tanışlığı olan Saxlanılan 3-cü şəxs Röyal Əliyevin üzərindən isə 0.199 qram heroin aşkarlanıb. 25 yaşlı Röyal sözlərinə görə hazırda Azər Rzayevin həpsdə olan oğlu ilə dost olub və ailəyədə gediş gəlişi burdan yaranıb. Daxil olan məlumat əsasında saxlanılan 4-cü şəxs Elman Həsənov da üzərindən ümumi çəkisi 0.219 qram narkotik vasitə heroin aşkarlanıb. əvvəllər eyni əmələ görə məhkumluq həyatı yaşadığını deyən Elman əlini üzünə tutaraq peşman olduğunu deyir. Saxlanılan hər 4 şəxs barəsində cinayət məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanıb. Hazırda Polis əməkdaşları saxlanılan şəxslərin narkotik vasitələrini kimlərdən aldıqlarını araşdırır. Eyni zamanda saxlanılan 4 şəxsin bir biri ilə əlaqədə olduqlarını və nəyinki şəxsi istifadə hətta satışı ilə məşğul olduqlarından şübhələnərək istintaqla bağlı araşdırmalarını davam etdirirlər.

 

M2U07477.MPG_snapshot_00.36_[2016.07.06_11.52.51]

M2U07490.MPG_snapshot_00.02_[2016.07.06_11.53.06] (1)

Gununsesi.info