Ata qızının dəfnində iştirak etmək üçün Trampdan viza istədi – Foto

  • By admin
  • 22 İyul 2017 22:48

bala1
ABŞ-dan deportasiya edilən yamaykalı ata Kenroy Smiz qızı Abbiqeilin cənazəsində iştirak etmək üçün prezident Donald Trampdan viza istəyib.

Qaynarinfo xəbər verir ki, Nyu Cersidə bıçaqlanaraq öldürülən gənc qızın atası “Xahiş edirəm, qızımı torpağa tapşırmadan əvvəl görməyimə icazə verin” deyərək ölkə başçısına müraciət edib.

Abbiqeilin Merilənd bölgəsində yaşayan bacısı da ölkə rəsmilərinə müraciət edərək ailəsinə viza məsələsində kömək etmələrini istəyib.

Qeyd edək ki, Kenroy Smiz 2001-ci ildə narkotiklə tutulmuş, sonra isə ABŞ-dan Yamaykaya deportasiya edilmişdi.

Ailənin müraciətinə hələlik bir cavab gəlməyib.

ata1

Gununsesi.info