Atambayevin şəxsi həkimi də Moskvaya gedib

  • By admin
  • 23 Sentyabr 2016 12:18
almazbekxestee2
Gununsesi.infozanoza.kg”-yə istinadən xəbər verir ki,  müalicəsinin davam etdirmək üçün İstanbuldan Moskvaya gətirilən Qırğızstan prezidenti Alamazbek Atambayevin  həkimləri də Rusiya paytaxtına gəlib. Bu məqsədlə Qığızstanın prezident və hökumətin işlər idarəsinin Klinik xəstəxanasının baş həkiminin  müalicə işləri üzrə müavini, kordioloq Gülmirə Baitova da Moskvaya gəlib.
Qeyd edək ki, həkimlərin rəyi əsasında və Rusiya tərəfin dəvəti ilə Qırğızstan prezidenti Almazbek Atambayev   sentyabrın 23-də  Moskvada RF Prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına  yerləşdirilib. Atambayev bundan sonra müalicəsini Moskvada davam etdirəcək. Onun qrəyində ciddi problümlər yaranıb.
Gununsesi.info