
“Atanın bu videodakı hərəkətləri onun qeyri-adekvat biri olduğunu göstərir”.
Bu haqda Gununsesi.info-ya Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin sədri Nərgiz Babayeva-Kərimova sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı yayılan video-kadrlara münasibət bildirərkən belə deyib. N.Babayeva-Kərimova qeyd edib ki, hər kəs onu sosial şəbəkələrdə yayılan bu videoda qeyd (tag) edir və münasibət bildirməyini istəyir: “Qeyd edim ki, qanunla valideynlərdən biri rəhmətə gedibsə, uşaq digər valideyndə qalmalıdır. Bu da o halda olur ki, valideyn tam saglam vəziyyətdədir. Atanın bu videodaki hərəkətləri onun qeyri-adekvat biri oldugunu göstərir. Hüquq-mühafizə orqanları işçilərinin yanında usagı belə sürüyən , söyüş söyən ata kim bilir ki, tək olanda uşağa necə işgəncələr verə bilər?! İlk növbədə bununla bağlı apellyasiya şikayəti verilməlidir. Atanın pisixi durumu yoxlanılmalıdır. Mən də bu videoya göz yaşı içində baxmışam. Amma bu, mənim səlahiyyətimdə olan bir iş deyil. Üzümü Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə tuturam! Bu işlə maraqlansınlar. Bu, körpə, 10 yaşlı uşaga qarşı zorakılıqdır!”- deyə, o, bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info