Ataşovanın ABŞ-da tələbə adını qazanması ANS rəhbərliyini çətin vəziyyətə saldı

  • By admin
  • 13 İyul 2016 15:49

 

600@0 (1)

 

 

Tanınmış tele-jurnalist, ANS-in ABŞ bürosunun rəhbəri Qənirə Ataşovadan təzə xəbər var. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Qənirə Ataşova bu günlərdə ABŞ-ın nüfuzlu universitetlərindən birinə daxil olub. Bu isə, istər-istəməz onu söyləməyə əsas verir ki, bu mövsüm ANS rəhbərliyi üçün hər mənada ən isti yay olacaq. Çünki hazırda ANS-in kulislərində yalnız bu xəbər müzakirə mövzusudur.

Belə ki, buna səbəb Q.Ataşovanın ABŞ-da təhsilini davam etdirmək məqsədi ilə nüfuzlu universitetlərdən birinin tələbəsi adını qazanmasdır.

Məlumata görə, ABŞ prezidentindən ilk müsahibə almağa müvəffəq olmuş Q. Ataşova siyasətin idarəolunması üzrə fakültəyə daxil olub.

Gununsesi.info-ya daxil olan məlumata görə, avqust ayında Q. Ataşova ilə ANS arasında büroya rəhbərliyə dair bağlanmış müqavilənin müddəti də başa çatır. Bu tələbə görə, xanım həmkarımız geriyə – Vətənə dönməlidir.

Lakin buna baxmayaraq, ortaya çıxan təhsil məsələsi son dövrlər daha da məşhurlaşan telejurnalistin vətənə dönmə qərarına təsir edəcək. Bu məsələ ilə bağlı Q. Ataşovanın özünün mövqeyini öyrənməyimiz isə mümkün olmayıb. Bununla belə, əldə etdiyimiz məlumata görə, ANS-in ulduzu seçim qarşısında qalarsa, təhsilə üstünlük verəcək və o, bunu qalmaqalsız, sakit formada etmək niyyətindədir.

Gununsesi.info

.