Sürücüsüz avtomobillərin satışına başlanılır

  • By admin
  • 13 İyul 2016 15:55

masin

 

Gununsesi.info trend.az saytına istisnadən bildirir ki, Yaponiyanın “Nissan Motor” şirkəti avqustdan etibarən “Serena” adlı pilotsuz (sürücüsüz) minivenlərin satışına başlayacaq. İlk mərhələdə bu avtomobil Yaponiya bazarına çıxarılacaq.
“Serena” avtomobili “ProPilot” avtonom idarəetmə kompleksi ilə təchiz edilib. Amma pilotsuz rejimi tam şəkildə yalnız avtomagistrallarda seçilmiş bir yol zolağında istifadə etmək mümkün olacaq. Maşını sağa ya sola döndərərkən və ya başqa zolağa keçərkən sürücü idarə etməni öz üzərinə götürməlidir.
Avtomobilin “ProPilot” sistemi daxil olmaqla qiyməti 28 min dollar təşkil edəcək.
2017-ci ildə Yaponiya şırkəti bu sistemlə təchiz edilmiş “Nissan Qashqai” modellərini də istehsal edəcək.
2018-cı il üçün isə avtoşirkət “ProPilot” kompleksini tam idarəetmə funksiyaları ilə təhciz etmək niyyətindədir.

Gununsesi.info