Atletlər kəndindəki evlər satışa çıxarılacaq - AZAD RƏHİMOV

  • By admin
  • 27 Dekabr 2016 14:02

atletler

Bakıda 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən sonra Atletlər kəndi şirkətə qaytarılacaq.

Gununsesi.info məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, İslam Həmrəyliyi Oyunlarından sonra qarşıda elə də böyük idman tədbirinin keçirilməsi gözlənilmir:

“Ona görə də Atletlər kəndi şirkətə qaytarılacaq. Atletlər kəndi sahibkara qaytarıldıqdan sonra yəqin ki, o evlər satışa çıxarılacaq”.

Gununsesi.info