ATV çıxılmaz durumda -GUNUNSESİ.İNFO KANALI MÖVQEYİNDƏN ÇƏKİNDİRDİ

  • By admin
  • 13 İyun 2016 11:55

ATV

ATV-nin “Yoxlama” verilişi ətrafında söz-söhbət və qalmaqal davam etməkdədir. Xatırladaq ki, ötən gün Gününsesi.info verilişin bağlnması haqda məlumat vermişdi. Ötən həftənin əvvəlində anonsları efirdə getməsinə baxmayaraq, veriliş cümə günü efirdən çıxarılmışdı. ATV rəhbərliyi görünür, bu yolla yaranan ictimai narazılığı aradan qaldıra biləcəyini düşünmüşdü. Lakin maraqlıdır ki,saytımızda verilişin bağlanması haqda məlumat getdikdən cəmi bir neçə saat sonra yenidən “Yoxlama”nın anonsları efirdə görünməyə başladı. Qalmaqallı, reket xarakterli veriliş bu gün axşam efirə getməlidir. Görəsən bu addımı atmağa ATV rəhbərliyini nə məcbur etmişdi? Maraqlı sualdı? Gününsesi.info bu məsələni diqqətdə saxladığından səbəblərini araşdırmağa çalışdı. Əldə olunan məlumatlar isə ATV rəhbərliyinin vəziyyətdən heç də asanlıqla çıxış yolu tapdığından xəbər vermirdi. Saytımızdan verilişin bağlanması haqda gedən məlumatlardan xəbər tutan bir neçə sahibkar verilişin bərpa olunmasını tələb ediblər. Sən demə, məsələ o qədər də sadə deyilmiş . Belə ki,sözügedən restoran sahibləri “ həm ticarət həm ziyarət “ deyib, pul vererek, öz restoranlarında reklam xarekterli çəkiliş etdiriblər . Və proqramın bağlanması xəbərini eşitdikdən sonra isə  zəng edib pullarını geri isteyiblər. Növbəti qalmaqalın yaranmasından narahat olan ATV rəbərliyi isə sahibkarlara birinci günü proqramı efire verəcəyini vəd edib.

Məsələ ilə bağlı telekanala etdiyimiz zənglər isə cavabsız qaldı.